Rəsmi Bakı: "Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır"


Digərləri 17 Noy 2018 13:52:00 280 0

Rəsmi Bakı: "Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır"

Azərbaycanın işğal altındakı torpaqlarında həyata keçirilən qeyri-qanuni əməllərin tərkib elementlərindən biri də işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin nümayəndələri kimi özünü təqdim edən şəxslərin bir sıra ölkələrə, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrə səfəridir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, Fransa həmsədr ölkələrdən biridir və vasitəçilik institutunun mahiyyəti onu tələb edir ki, vasitəçi ölkə tarazlı münasibət göstərməlidir və bu kimi qərəzli addımların atılmasına imkan verməməlidir: