Ukraynada uydurma erməni soyqırımı abidəsinin açılış cəhdi qarşıdurmaya səbəb oldu


Dünya 17 Noy 2018 13:12:00 253 0

Ukraynada uydurma erməni soyqırımı abidəsinin açılış cəhdi qarşıdurmaya səbəb oldu

Ukraynanın Sumı şəhərinin mərkəzi Qorkovo küçəsində erməni lobbisinin uydurma soyqırımı ilə bağlı abidə qoyaraq açılış etmə cəhdi vilayətdə etnik gərginliyə səbəb olub.

Son.az report-a istinadən xəbər verir ki, ermənilərin noyabrın 18-də açılışına hazırlaşdığı "xaçkar" (xaç daşı) üslüblü abidə şəhərin mərkəzində Çernobil meydanında yerləşir.

Şəhər meriyasından şöbə səviyysində yerləşdirilməsinə icazə verilən abidə Sumı şəhər arxitektura idarəsinin və Ukrayna Təhlükəsizlik Xidmətinin şəhər şöbəsinin ciddi etirazına səbəb olub. Arxitetktura idarəsi abidənin yerləşməsinin ciddi qanun pozuntusu olduğunu, təhlükəsizlik şöbəsi isə bunun artıq Ukraynanın Rusiya ilə sərhədində yerləşən bir şəhərində etnik qarşıdurmaya yol açdığını bildirib.