Məleykə Abbaszadə 11ci sinif şagirdləri və valideynlərə müraciət etdi


Digərləri 17 Noy 2018 13:07:00 278 0

Məleykə Abbaszadə 11ci sinif şagirdləri və valideynlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərə müraciət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, DİM sədri jurnalistlərə açıqlamasında deyib ki, o, müraciətində yeni növ imtahanlarla bağlı qurumun rəsmi saytından, "Abituriyent" jurnalından və Mərkəzin sosial şəbəkəsindən məlumat almağı tövsiyə edib:

"Yeni növ imtahanlar iştirakçılar üçün yeni olmayacaq. Onlar 11 ildir ki, yeni tədris mühitində işləyir. Yeni növ imtahanların keçirilməsi 11 il bundan əvvəl qəbul olunan qərarın nəticəsidir".