Hikmət Hacıyev: Azərbaycanla Belarus arasında çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulur


Digərləri 17 Noy 2018 13:02:00 257 0

Hikmət Hacıyev: Azərbaycanla Belarus arasında çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulur

Azərbaycanla Belarus arasında çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulur.

Bakı. Elçin Mehdiyev – Bu gün Azərbaycanla Belarus arasındakı münasibətlər siyasi, iqtisadi, ticarət, hərbi-texniki, mədəni, humanitar və digər sahələri əhatə edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi davamlı olaraq artır: “Həmçinin dövlətimizin başçısının yaxın vaxtlarda Belarusa səfəri nəzərdə tutulub. Bu qəbildən olan yüksək səviyyəli səfərlər ölkələrimiz arasında intensiv xarakter daşıyır və bu səfər çərçivəsində də çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulur”. O qeyd edib ki, bu səfər nəticə etibarilə Azərbaycan və Belarus arasındakı əlaqələrin inkişafına daha da ciddi şəkildə təkan verəcək: "Dövlətimizin başçısı da Belarus səfirini qəbul edərkən bu məsələlər geniş şəkildə müzakirə olunub". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin