DİM: "Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur"


Digərləri 17 Noy 2018 12:45:00 313 0

DİM: "Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur"

Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti" mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, rəhbər vəzifələr üçün tələblər, iş stajı qoyulub. Nəticədə ümumi stajı 11 il, rəhbər vəzifədə 7 il olan adam imtahana gəlmir, lakin işləyir. "Gənc vəzifəyə gələ bilməz. Müəyyən staj tələb olunmayan yerlərə stajı olmayan şəxslər gələ bilər. Sektor müdirindən aşağı vəzifələrə staj tələb olunmur. Ali məktəb məzunları hər il bu imtahanlarda iştirak edib, iş qazana bilər. Gənclər üçün dövlət qulluğunda karyeranı başlamaq vacib istiqamətdir".