Hindistanlı hakim: "Milli Gimnastika Arenasında məhsuldar məşqlər üçün lazım olan şərait yaradılıb"


Digərləri 17 Noy 2018 12:08:00 254 0

Hindistanlı hakim: "Milli Gimnastika Arenasında məhsuldar məşqlər üçün lazım olan şərait yaradılıb"

Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunun iştirakçılarının məhsuldar məşqləri üçün lazım olan şərait yaradılıb.

Son.az xəbər verir ki, bunu Trend-ə akrobatika gimnastikası üzrə hindistanlı hakim Sumit Mohan Raceşvari deyib.

Onun sözlərinə görə, Hindistan gimnastları Milli Gimnastika Arenasında yaxşı təcrübə əldə ediblər:

"Məşq üçün kifayət qədər vaxt ayrılıb. Bakıdakı gimnastika arenası möhtşəmdir. Burada məşqlər və beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait yaradılıb. Qeyd etmək istəyirəm ki, komandamıza burada hərtərəfli kömək göstərilir".

(adsgarden = window.adsgarden || []).push({});