Əmək haqqından tutulmalar necə olacaq?


Digərləri 17 Noy 2018 11:14:00 345 0

Əmək haqqından tutulmalar necə olacaq?

Vergi Məcəlləsinə dəyişikliklərin miqyası o qədər böyükdür ki, buna inqilabi islahatlar da deyirlər.

Son.az xəbər verir ki, oxu.az  ölkədəki işçi qüvvəsinin sayını nəzərə alıb dövlət və özəl sektorda çalışanların büdcəyə ödənişləri ilə bağlı nəticə çıxartmağa çalışdıb.

Dəyişikliyə əsasən, 01 yanvar 2019-cu ildən Vergi Məcəlləsi üzrə əmək haqqından gəlir vergisi hesablanması 2 kateqoriyaya bölünəcək:

- Dövlət və Neft-qaz sahəsində fəaliyyəti olanlar;

- Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən verginin hesablanması.

Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar üçün əmək haqqından gəlir vergisinin hesablanması aşağıdakı kimi olacaq:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2500 manatadək

14 faiz

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

8000 manatadək

0 faiz

8000 manatdan çox olduqda