İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans öz işinə başlayıb (FOTO)


Digərləri 17 Noy 2018 11:10:00 237 0

İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans öz işinə başlayıb (FOTO)

Bu gün Bakıda “İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Bakı. Elçin Mehdiyev – Bu gün Bakıda “İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan konfransda Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin məsul şəxsləri, Milli Məclisin deputatları, Azərbaycandakı səfirliklərin nümayəndələri, xarici qonaqlar iştirak edirlər. Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov konfransı açaraq Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni fəaliyyətləri ilə bağlı müvafiq dövlət qurumlarının araşdırmalarının dinləniləcəyini bildirib. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev konfransda çıxış edərək ermənilərin işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlərinin nəticələri barədə məlumat verib.‎ FOTO: Zaur Mustafayev Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin