İnterpol rəhbəri vəzifəsinə əsas namizədlər açıqlanıb


Dünya 17 Noy 2018 10:46:00 295 0

İnterpol rəhbəri vəzifəsinə əsas namizədlər açıqlanıb

Rusiya vətəndaşı Aleksandr Prokopçuk İnterpol rəhbəri postuna əsas namizəddir.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti hökumətdəki mənbəyinə istinadən yazıb.

Qeyd olunur ki, 2011-ci ildən etibarən Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun rəisi olan A.Prokopçuk həm də 2016-cı ildən İnterpolun vitse-prezidentidir.

Qəzetin məlumatına görə, onun noyabrın 21-də keçiriləcək seçkilərdə təşkilatın prezidenti seçilməsi, demək olar ki, təmin olunub.

Mənbə deyib ki, Britaniya hökuməti A.Prokopçukun seçiləcəyinə əmindir və buna mane olmaq niyyətində deyil.