Ölkədə bir gündə 117 cinayət baş verib


Digərləri 17 Noy 2018 10:39:14 246 0

Ölkədə bir gündə 117 cinayət baş verib

Noyabrın 16-dan 17-dək respublikanın daxili işlər orqanları tərəfindən 117 cinayət faktı qeydə alınıb.

Bakı. Samir Əli - Noyabrın 16-dan 17-dək respublikanın daxili işlər orqanları tərəfindən 117 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin cinayətlərin 11-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.