Rusiyanın əməkdar məşqçisi: Heç bir ölkə idmançıların qarşılanma səviyyəsinə görə Azərbaycanla müqayisə oluna bilməz


Digərləri 17 Noy 2018 10:27:00 231 0

Rusiyanın əməkdar məşqçisi: Heç bir ölkə idmançıların qarşılanma səviyyəsinə görə Azərbaycanla müqayisə oluna bilməz

Milli Gimnastika Arenasında keçirilmiş podium məşqlərindən razı qaldıq

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında keçirilmiş podium məşqlərindən razı qaldıq. Bunu Trend-də Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Rusiya milli komandasının xoreoqrafı, Rusiyanın əməkdar məşqçisi Larisa Qurgenidze-Tavartkiladze deyib. O, məşqlərin yaxçşı keçdiyini, yarışlarda da yaxşı nəticə göstərəcəklərinə ümid etdiyini bildirib. Məşqçinin sözlərinə görə, bu, onun Bakıya ilk səfəri deyil və burada yarışlar yüksək səviyyədə keçirilir: “Biz hər zaman Bakıya böyük məmnuniyyətlə gəlirik. Mənə elə gəlir ki, heç bir ölkə idmançıların qarşılanma səviyyəsinə görə Azərbaycanla müqayisə oluna bilməz”.