Yanan Amerika: 71 ölü, 1100 itkin,


Dünya 17 Noy 2018 10:04:00 262 0

Yanan Amerika: 71 ölü, 1100 itkin,

ABŞ-ın Kaliforniya ştatının şimalında tüğyan edən "Camp Fire" meşə yanğınlarında həlak olanların sayı 71 nəfərə çatıb. Təqribən 1100 nəfər itkin düşüb.

Son.az ABC-yə istinadən bildirir ki, Kaliforniya ştatının hakimiyyət dairələri itkin düşmüş sayılan insanların ailə üzvləri və qohumları ilə əlaqə yarada bilməyən şəxslər olduqlarına ümid edir.

"Camp Fire" Kaliforniyanın tarixində ən məşum meşə yanğınıdır. Alovların məhv etdiyi ərazi 560 kvadrat kilometrdən artıqdır. 12 min ev yanıb, 100 mindən artıq insan təlxiyə olunub.

Yanğınlar hələ də davam edir. Güclü külək və quraq hava səbəbindən bəzi yerlərdə alovlar 80 km/saat sürətlə hərəkət edir.