Federal Kəşfiyyat Agentliyi: Haşoqqinin qətlinin sifarişçisi şahzadədir VİDEO FOTO


Dünya 17 Noy 2018 10:10:00 266 0

Federal Kəşfiyyat Agentliyi: Haşoqqinin qətlinin sifarişçisi şahzadədir  VİDEO  FOTO

ABŞ-ın Federal Kəşfiyyat Agentliyinin (CIA - The Central Intelligence Agency) araşdırmasına görə Haşoqqinin ölüm əmrini verən şəxs Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmandır.

Son.az nytimes-a istinadla bildirir ki, bu barədə məlumatı ABŞ rəsmiləri verib.

İddialara görə, Haşoqqi öldürülməzdən əvvəl Səudiyyənin ABŞ-dakı konsulu Xalid bin Salmanla (Məhəmməd bin Salmanın qardaşı) telefonla danışıb. Xalid bin Salman Haşoqqiyə İstanbul konsulluğundan sənədləri götürməyin təhlükəsiz olduğunu söyləyib.

Rəsmilər düşünür ki, Xalid Haşoqqiyə qardaşının təklifi ilə zəng edib. Çünki jurnalisti öldürən şəxslər telefon zəngində "bunu bossunuza (başçı) deyin" sözlərini işlədiblər.