Azərbaycanda bu il 103 mindən çox yeni körpə doğulub


Digərləri 17 Noy 2018 09:58:00 281 0

Azərbaycanda bu il 103 mindən çox yeni körpə doğulub

2018-ci ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 103 371 doğulan körpə qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu göstərici əhalinin hər 1000 nəfərinə 14,1 təşkil edib.

Qeyd edək ki, doğulan körpələrdən 1962-si əkiz, 84-ü isə üçəm olub.