Brayza: Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq


Digərləri 17 Noy 2018 09:56:00 222 0

Brayza: Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Əgər fransalı deputatlar özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin “rəhbəri” kimi təqdim edən Bako Saakyanla görüşəcəklərsə, bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq.

Bakı. Ləman Zeynalova - Əgər fransalı deputatlar özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin “rəhbəri” kimi təqdim edən Bako Saakyanla görüşəcəklərsə, bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza B.Saakyanın Fransaya səfərini şərh edərkən deyib. O bildirib ki, B.Saakyanın Fransaya səfəri özü-özlüyündə qeyri-adi hadisə deyil: