Enerji effektivli superkompüterlərin reytinqi dərc edilib


Digərləri 17 Noy 2018 08:51:00 254 0

Enerji effektivli superkompüterlərin reytinqi dərc edilib

Ən məhsuldar sistemlərin reytinqi (TOP500) ilə yanaşı, sistemlərin enerji effektivliyi üzrə sıralandığı "Green500" reytinqi də yenilənib.   Son.az ICTnews-a istinadən bildirir ki, 1,3 QHs takt tezlikli "Intel Xeon D-1571 16C" prosessorları və "PEZY-SC2" sürətləndiriciləri ilə təchiz edilmiş "Shoubu system B - ZettaScaler-2.2" superkompüteri bu reytinqdə liderdir. Sözügedən sistem Yaponiyanın Superkompüter Mərkəzində quraşdırılıb. Göstəricisi 17,6 GFLOPS/Vatt təşkil edir. Mütləq məhsuldarlığı 1,06 PFLOPS-dur ki, bu da "Top500" reytinqində 374-cü yerə uyğun gəlir.   "Green500" reytinqində ikinci yerdə qərarlaşmış "Nvidia DGX - 1 Volta36", "Intel Xeon E5-2698v4 20C" və "Nvidia Tesla V100" əsasında işləyən "DGX SaturnV Volta" sistemi ABŞ-da qurulub. Bu superkompüterin enerji effektivliyi 15,1 GFLOPS/Vatt təşkil edir. Maraqlıdır ki, "DGX SaturnV Volta" sisteminin məhsuldarlığı "Shoubu system B"-dən 1 pillə yuxarıdır, yəni "Top500" reytinqində 373-cü yerdə qərarlaşıb.   "IBM Power9" prosessorları və "Nvidia Volta GV100" sürətləndiriciləri ilə işləyən "Summit - IBM Power System AC922" sistemi ilk üçlükdə qərarlaşıb.