Ən geniş yayılmış kibertəhdidlər açıqlanıb


Digərləri 17 Noy 2018 08:55:00 192 0

Ən geniş yayılmış kibertəhdidlər açıqlanıb

İnformasiya təhlükəsizliyinin təmini üçün "Check Point Software Technologies" həllər istehsalçısı dünyada ən fəal kibertəhdidlərə həsr edilən "Global Threat Index" hesabatını açıqlayıb. Cari ilin oktyabrı üzrə statistikaya görə, kriptomaynerlər reytinqdə lider olaraq qalsalar da, məsafəli casus troyanları (Remote Access Trojan, RAT) populyarlaşmağa başlayıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, oktyabr ərzində "Check Point" ekspertləri tərəfindən cinayətkarlara kompüterləri və qurbanların məlumatlarını ələ keçirməyə imkan verən "FlawedAmmyy" adlı məsafəli casus troyanları yayan reklam kampaniyası aşkarlanıb. Sonuncu zərərli kampaniya son aylarda "FlawedAmmyy" troyanları yayan digər troyanlara nisbətən daha genişmiqyaslı olub.

Məlumata görə, troyan cinayətkarlara qurğunun kamera və mikrofonuna çıxış əldə etməyə, skrinşotlar etməyə, hesab məlumatlarını və məxfi faylları oğurlamağa, qurbanın hərəkətlərini izləməyə imkan verir. Nəticədə "FlawedAmmyy" troyanları "Global Threat Index" reytinqinin ilk onluğuna daxil olan ilk məsafəli casus troyanları olub.