Gürcüstanın teatr xadimləri Sumqayıt Dövlət Dram Teatrında FOTO


Kriminal 17 Noy 2018 08:43:00 277 0

Gürcüstanın teatr xadimləri Sumqayıt Dövlət Dram Teatrında   FOTO

Sumqayıt Dövlət Dram Teatrı son vaxtlar beynəlxalq əlaqələrin gücləndirilməsinə, digər xarici ölkə teatrları ilə təcrübə mübadiləsinə xüsusi önəm verir. Bu da heç şübhəsiz, truppanın yaradıcılıq imkanlarının güclənməsinə, eyni zamanda doğma şəhərimizin layiqli təbliğinə rəvac verir. Elə bu məqsədlə Gürcüstan Respublikasından gəlmiş qonaqların da niyyəti yaradıcılıq imkanlarını genişləndirməkdir.

Qonaqlar- Gürcüstan Respublikası Teatr Xadimləri Cəmiyətinin sədri, Gürcüstan Mədəniyyət nazirinin müşaviri Georgi Geqoçkori və Lado Mesxişvili adına Kutaisi Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri Konstantin Abaşidze teatrın direktoru Əməkdar artist Mübariz Həmidovla görüşdükdən sonra truppa üzvləri və sənət ocağındakı şəraitlə tanış oldular. Məlumat üçün bildirək ki, Kutaisi Peşəkar Dram və Sumqayıt Dövlət Dram Teatrları rəhbərləri qarşılıqlı yaradıcılıq əlaqələri yaratmaq və onu inkişaf etdirmək məqsədi ilə memorondum imzalamışlar.

Əldə olunan razılığa və memorondumun şərtlərinə əsasən iki ölkə teatrları arasında mədəni yaradıcılıq əlaqələri ildə bir dəfə Sumqayıtda və Kutaisidə qastrol səfərləri, ümumi yaradıcılıq layihələrinin gerçəkləşdirilməsi, rejissor mübadiləsi və müştərək tamaşaların hazırlanması nəzərdə tutulur.


Xəbərə aid fotolar