Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb


Digərləri 17 Noy 2018 08:30:00 294 0

Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb

Sumqayıt şəhərində istehsalat zamanı bədbəxt hadisə baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Bakının 1991-ci il təvəllüdlü Yasamal rayon sakini Quluzadə Fərhad Mətləb oğlu STP (Sumqayıt Texnologiyalar Parkı) ərazisində işlədiyi zavodların birində hündürlükdən yıxılaraq ölüb.

Hadisə ehtiyatsızlıqdan baş verib. Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Mingəçevirdə yelləncəkdə boğazına kəndir dolanan uşaq boğularaq ölüb.