Hindistan müasir rabitə peykini orbitə çıxarıb


Digərləri 17 Noy 2018 08:35:00 275 0

Hindistan müasir rabitə peykini orbitə çıxarıb

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı Şrixarikota adasında yerləşən kosmodromdan "GSAT-29" adlı müasir rabitə peykini uğurla orbitə çıxarıb.   Son.az ICTnews-a istinadən bildirir ki, 3423 kq ağırlığında olan peyk Hindistan istehsalı olan raket-daşıyıcı tərəfindən orbitə çıxarılıb. Bu rabitə peyki ölkənin ucqar rayonları, həmçinin dağlıq regionları və Hindistanın şimal-şərqinin rabitə və internetlə təmin edilməsində kömək etməlidir. Bundan başqa, sözügedən peyk yer səthini və Hind okeanının akvatoriyasını müşahidə edəcək.