Bir neçə ay uçan pilotsuz Boeing təqdim edilib


Digərləri 17 Noy 2018 08:11:00 246 0

Bir neçə ay uçan pilotsuz Boeing təqdim edilib

"Boeing" korporasiyasının "Aurora Flight Sciences" törəmə şirkəti günəş batareyaları ilə işləyən pilotsuz uçan aparat təqdim edib. "Odysseus" adlanan qurğu bir neçə ay ərzində uça bilir.

Son.az ICTnews-a istinadən bildirir ki, aparat yaradıcılarının sözlərinə görə, "Odysseus" pilotsuz uçan aparat və peyk arasında hibriddir. Aparatın qanadlarında Günəş işığının akkumulyasiyası üçün panellər quraşdırılıb. Yüksək hündürlükdə uçaraq mülki hava gəmilərinə mane olmayan "Odysseus" ilk növbədə meteoroloji tədqiqatlar üçün nəzərdə tutulub.

Məlumata görə, havada bir neçə ay qalması ilə seçilən pilotsuz uçan aparat yerüstü mərkəzlə daim əlaqə saxlaya bilir. O, həmçinin, məsələn, yanacaqla işləyən hərbi pilotsuz uçan aparatlar kimi atmosferi çirkləndirmir.