Yəmənin bərpasına 200 milyon dollar tələb olunur


Dünya 17 Noy 2018 08:02:00 246 0

Yəmənin bərpasına 200 milyon dollar tələb olunur

Yəməndə davam edən çoxillik böhran ölkəni müasir dünyada ağır aclığa düçar edib, bərpa işlərinə başlamaq üçün onun iqtisadiyyatına təqribən 200 milyon dollar lazımdır.

Son.az "Report"a istinadən bildirir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbəri Devid Bizli Yəmənə son səfərinin nəticələrini açıqlayarkən deyib.

ÜƏP-nin məlumatına əsasən, hazırda Yəməndə 8 milyon insan aclıq astanasındadır və dinamika hələ ki, vəziyyətin yaxşılaşacağına ümid etmək imkanı vermir.

"Yeni məlumatlar bizə təqribən iki həftədən sonra təqdim olunacaq, lakin biz ehtimal edirik ki, bu, 12-14 milyona yaxın insan olacaq. Bu insanlar aclıq çəkirlər və əməli olaraq tamamilə tükənmə astanasındadırlar", - deyə Bizli bildirib.