Azərbaycan Fransa ilə əlaqələri kəsə bilər


Siyasət 17 Noy 2018 07:00:00 72 0

Azərbaycan Fransa ilə əlaqələri kəsə bilər

"Fransa öhdəliyini yerinə yetirmir, qərəzli və ikili standartlı siyasət yürüdür"

"Fransa öhdəliyini yerinə yetirmir, qərəzli və ikili standartlı siyasət yürüdür"

"Fransanın beynəlxalq hüququn tələblərinə və vasitəçilik missiyasının prinsiplərinə zidd davranışlarından sonra artıq ATƏT-in Minsk qrupunun həmsədri olmağa haqqı yoxdur"

Bu barədə Son.az-a açıqlamasında tanınmış jurnalist və siyasi analitik, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.

Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılması tələb edilir Onun fikrincə, bu dövlət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində artıq öz tərəfsizliyini itirib və bunu açıq-aşkar nümayiş etdirir. Sadəcə arabir quru bəyanatlarla Azərbaycanın başının altına balış qoymağa çalışır: "Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və onun Azərbaycanın işğal altında olan ərazilərində formalaşdırılmış qanunsuz rejimlə və onun təmsilçiləri ilə bağlı sərgilədiyi davranışlar BMT Nizamnaməsinin VI və VII fəsillərində yer alan prinsiplərlə ziddiyyət təşkil edir. Fransanın qondarma rejimin təmsilçisinin ölkə ərazisinə səfər etməsinə imkan yaratması bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi mandatına ziddir. Minsk qrupunun həmsədr ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirirlər və onların beynəlxalq hüququn prinsiplərindən çıxış etmələri, tərəfsizliklərini qoruyub saxlamaları əsas şərt hesab olunur. Fransa öz vətəndaşlarının işğal altında olan Azərbaycan ərazilərinə səfər etmələrinə göz yummaqla və bəlkə də dolayısı ilə buna, eləcə də Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərində formalaşdırılmış qanunsuz, cinayətkar rejimin təmsilçilərinin öz ərazisinə səfər etməsinə şərait yaratmaqla tərəf olduğunu sübuta yetirir. Bu isə adıçəkilən dövlətin ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini şübhə altına alır. Bu səbəbdən də, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyətini bundan sonra da davam etdirməyə hüquqi və mənəvi haqqı demək olar ki, yoxdur".

Azərbaycan XİN: Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir Analitik qeyd edib ki, Fransa çoxdan öz öhdəliyini yerinə yetirmir, qərəzli və ikili standartlı siyasət yürüdür. Ona görə də, lazım gələrsə hətta bu ölkə ilə əlaqələrə də yenidən baxılmalıdır: "Fransa nəinki açıq-aşkar ermənipərəst siyasət yürüdür, hətta separatizm və terrorizmi dəstəkləməyə başlayıb. Bu ölkənin müxtəlif şəhərlərinin merləri Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlər edərək separatçı və terrorçu rejimlə 10-dan artıq saziş imzalayıblar. Bunun qarşısının alınması üçün Fransa hökuməti tərəfindən heç bir tədbir görülmür. Üstəlik, qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyan mütəmadi olaraq Fransaya səfər edir. Özü də Ermənistan pasportu ilə. Fransa tərəfi buna da açıq-aşkar göz yumur. Maraqlıdır ki, Azərbaycan vətəndaşları adicə viza almaq üçün Fransa səfirliyində həftələrlə gözlədilir, süni şəkildə süründürməçilik və bürokratik əngəllərlə qarşılaşırlar. Bako Saakyan və digərləri isə saxta pasport məlumatları ilə Fransa ərazisinə asanlıqla daxil ola bilirlər.

Qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları isə saatlarla bu ölkənin sərhəd-keçid məntəqələrində əsassız sorğu-suala tutulurlar. Onlardan bunun hesabını soruşanda isə Fransa XİN və bu ölkənin Bakıdakı səfiri sadəcə "Fransa Dağlıq Qarabağ Respublikası"nı tanımır deyə şablon sözlərlə çıxış edirlər. Bu, tamamilə qəbuledilməzdir və məsuliyyətdən qaçmaqdan başqa bir şey deyildir. Fransa qətiyyətli şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməli, bunu əməli nümayiş etdirməli, vasitəçilik missiyasını isə vicdanla yerinə yetirməlidir. Əks halda Fransa yenə də açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürütməkdə davam edərsə, bu ölkə ilə əlaqələrə yenidən baxılmalıdır. Bundan əlavə, qərəzli və qeyri-obyektiv mövqeyi nəzərə alınaraq Fransa Minsk Qrupunun həmsədrliyindən çıxarılmalıdır. Əslində tarixə nəzərə yetirsək görərik ki, hələ ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. Lakin o zaman Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə öhdəlik götürmüşdü, amma görünən odur ki, öhdəliyini yerinə yetirmir".

İlkin İzzət Son.az

Amerikalı qadının səhvən hər iki böyrəyi çıxarılıb like
  • 17 Noy 06:51  
Digərləri Amerikalı qadının səhvən hər iki böyrəyi çıxarılıb

ABŞ-ın Kolorado ştatının qadın sakininin səhvən hər iki böyrəyi çıx

arrow Ətraflı
Ermənistanda cinayətkərlığın kəskin artması müşahidə olunur - vitse-spiker like
  • 17 Noy 05:26  
Digərləri Ermənistanda cinayətkərlığın kəskin artması müşahidə olunur - vitse-spiker

Ermənistanda cinayətkarlığın kəskin artmasını açıq aydın görmək ü

arrow Ətraflı
Gürcüstanın teatr xadimləri Sumqayıt Dövlət Dram Teatrında (FOTO) like
  • 17 Noy 04:31  
Digərləri Gürcüstanın teatr xadimləri Sumqayıt Dövlət Dram Teatrında (FOTO)

Sumqayıt Dövlət Dram Teatrı son vaxtlar beynəlxalq əlaqələrin güclənd

arrow Ətraflı
Bakıda “Trend of the Year 2018” mükafatlandırma gecəsi keçiriləcək like
  • 17 Noy 02:18  
Digərləri Bakıda “Trend of the Year 2018” mükafatlandırma gecəsi keçiriləcək

“Trend of the Year 2018” - "İlin Trendi" Mükafatı il ərzində fərqlən

arrow Ətraflı
UEFA Millətlər Liqası: Niderland öz meydanında Fransaya qalib gəldi - 2:0 (VİDEO) like
  • 17 Noy 01:44  
Digərləri UEFA Millətlər Liqası: Niderland öz meydanında Fransaya qalib gəldi - 2:0 (VİDEO)

Futbol üzrə Niderland yığma komandası Fransa millisi üzərində qələbə

arrow Ətraflı
Ərdoğan və Tramp arasında telefon danışığı olub like
  • 17 Noy 01:11  
Digərləri Ərdoğan və Tramp arasında telefon danışığı olub

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp tele

arrow Ətraflı
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur like
  • 17 Noy 00:02  
Digərləri Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

arrow Ətraflı
Günün qoroskopu: Çətin vəziyyətdən çıxışda tələsməyin like
  • 17 Noy 00:01  
Digərləri Günün qoroskopu: Çətin vəziyyətdən çıxışda tələsməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur like
  • 17 Noy 00:01  
Digərləri Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

arrow Ətraflı
Damarları təmizləyən dadlı məhsul like
  • 16 Noy 23:59  
Digərləri Damarları təmizləyən dadlı məhsul

Vaşinqton Universiteti (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki,

arrow Ətraflı
Stiven Barkli Böyük Britaniyanın "Brexit" üzrə nazir postuna təyin olunub like
  • 16 Noy 23:45  
Digərləri Stiven Barkli Böyük Britaniyanın "Brexit" üzrə nazir postuna təyin olunub

Böyük Britaniyanın baş naziri Tereza Mey Stiven Barklini "Brexit" üzrə na

arrow Ətraflı
İmmuniteti gücləndirən, iltihabı azaldan, orqanizmi təmizləyən faydalı içki  Qədim resept like
  • 16 Noy 23:45  
Digərləri İmmuniteti gücləndirən, iltihabı azaldan, orqanizmi təmizləyən faydalı içki Qədim resept

Bu içki qədim Çin və Hindistanın təbabətində müxtəlif xəstəliklərin

arrow Ətraflı