Yerişə baxıb ölümün vaxtını təyin etmək olar


Digərləri 16 Noy 2018 23:52:00 325 0

Yerişə baxıb ölümün vaxtını təyin etmək olar

Cənubi Kaliforniya Universitetinin alimləri müəyyən edib ki, insanın yol gedişinə baxaraq nə zaman öləcəyini müəyyən etmək mümkündür.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, araşdırmaçıların fikrincə, insanın yerişinin sürətli olması onun sağlamlığının xəbərçisidir. Bu göstərici ilə insanlarda ürək-damar xəstəlikləri riski və mərkəzi sinir sisteminin pozuntusunu müəyyən etmək mümkündür.

Bundan başqa, kardiocərrahlar hesab edir ki, bunu ürək əməliyyatı keçirmə fonunda fəsadlar yaşamış xəstələrin müəyyən edilməsində də istifadə etmək olar.