Flüorlu diş pastaları yüksək kariyes riski olanlara məsləhət görülür


Digərləri 16 Noy 2018 23:55:00 532 0

Flüorlu diş pastaları yüksək kariyes riski olanlara məsləhət görülür

Dişlərin təmizlənməsi zamanı müxtəlif məcunlardan istifadə olunur. Onların arasında flüorid tərkibli diş məcunları da var.

Son.az bildirir ki, Xəzər Dəniz Gəmiçiliyinin 1 nömrəli Dənizçilər Klinikasının aparıcı mütəxəssisi Adıgözəl Məmmədov həmin məcunlar barədə AZƏRTAC-a məlumat verib.

O, deyib: "Flüorlu diş məcunları çox populyardır. Belə ki, flüor diş minerallaşmasını artırır, diş minasını möhkəmləndirir, dişləri kariyesdən müdafiə edir. Lakin son tədqiqatlar göstərir ki, flüorun artıq miqdarda qəbulu dişlərin və sümüklərin kövrəkləşmə riskini yaradır. Böyük miqdarda flüorlaşdırılmış suyun qəbulu zamanı artrit xəstəliyinin xatırladan əlamətlər meydana çıxa bilər. Flüorlaşdırılmış məcunlarla dişlərin gündəlik təmizlənməsi kimi sadə bir prosedur orqanizmdə bir çox ağrılara və oynaqlardakı hərəkət pozuntularına səbəb ola bilər.