Hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır


Digərləri 16 Noy 2018 22:30:00 315 0

Hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır

Hər il noyabrın üçüncü cümə axşamı bir sıra qərb ölkələrində Siqaretdən İmtina Günü kimi qeyd edilir. 1977-ci ildə Amerika Onkoloji Cəmiyyətinin təsis etdiyi bu tarix 1987-ci ildə ilk dəfə Dünya Səhiyyə Təşkilatı tərəfindən qeyd olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, siqaretin tərkibində olan 4 minə qədər kimyəvi birləşmənin 50-si orqanizmdə xərçəngin yaranmasına səbəb olur. Elə bunun nəticəsidir ki, siqaret çəkmək səbəbindən hər il dünyada 7 milyon nəfər həyatını itirir ki, onların 10 faizi passiv siqaret çəkənlərdir.

Aparılan araşdırmalar göstərir ki, hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır. Çəkilən siqaretin tüstüsünün 25 faizi orqanizmə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir. Elə bunun nəticəsidir ki, hazırda dünyada iki uşaqdan biri tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Hər gün 85 min nəfər siqaret çəkməyə başlayır, onlardan 22 mini bu zərərli vərdişdən yaxa qurtara bilmir.