Dünyanın ən uzun ikimərtəbəli asma körpüsü inşa olunur


Digərləri 16 Noy 2018 21:30:00 283 0

Dünyanın ən uzun ikimərtəbəli asma körpüsü inşa olunur

Çinin Uxan şəhərində dünyanın ən uzun ikimərtəbəli asma körpüsü inşa olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Uxan şəhərində, Yantzı çayının üzərində tikilən körpünün əsas hissəsinin uzunluğu 1700 metr olacaq. Körpünün əsas hissəsi hər biri 36 metr uzunluğunda, 32,5 metr enində olan 49 polad paneldən ibarətdir. Hər panelin ağırlığı təxminən min tondur. Bu, 200 filin ümumi çəkisinə bərabərdir.

İnşasına 2013-cü ildə başlanan körpünün gələn ilin oktyabrında hazır olması gözlənilir. Körpünün hər mərtəbəsinin üzərindən 6 zolaqlı avtomobil yolu keçəcək.