Müsəlmanlara qənim kəsilmiş dövlətdən növbəti zərbə


Dünya 16 Noy 2018 21:23:00 240 0

Müsəlmanlara qənim kəsilmiş dövlətdən növbəti zərbə

Myanmada müsəlmanlara qarşı soyqırım davam etməkdədir.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Myanmanın İmmiqrasiya İdarəsi bu gün səhər saatlarında 106 müsəlmanın olduğu qayığı saxladıqlarını açıqlayıb. 

Müsəlmanlar Myanmanın şimalında yerləşən Yanqon şəhərində saxlanılıb. Ölkənin İmmiqrasiya İdarəsinin məlumatına görə, Arakandan olan bu müsəlmanlar qeyri-qanuni yolla sərhədi keçiblər. Myanma və Banqladeşdən olan arakanlıların köçlərinin əsas istiqaməti isə Malayziyadır.

Rəsmi qurumun məlumatına görə, saxlanılanların 50-si kişi, 31-i qadın, 25-i isə uşaqdır.