Moqerini Türkiyəyə gəlir:


Dünya 16 Noy 2018 21:20:00 240 0

Moqerini Türkiyəyə gəlir:

Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini və Avropa Birliyi Komissiyasının üzvü Yohannes Xan 22 noyabrda Türkiyəyə səfərə gəlir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, qonaqların Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə geniş tərkibdə görüşü gözlənilir.

Görüşdə iqtisadiyyat, maliyyə, energetika, təhlükəsizlik məsələləri, terrorizmlə mübarizə, miqrant və viza məsələrinin müzakirəsi nəzərdə tutulur. Bundan əlavə, Balkanlar, Suriya, İraq və Yaxın Şərqdə sülh prosesi nəzərdən keçiriləcək.