Gimnast: Bakıda Milli Gimnastika Arenasında ilk dəfə çıxış edirik, emosiyalar hədsizdir


Digərləri 16 Noy 2018 21:04:52 242 0

Gimnast: Bakıda Milli Gimnastika Arenasında ilk dəfə çıxış edirik, emosiyalar hədsizdir

Rusiya idmançıları - Bakıda akrobatik gimnastikası üzrə Dünya Kubokunun iştirakçıları olan Kirill Startsev və Viktoriya Aksenova Milli Gimnastika Arenasında keçirilən podium məşqindən məmnun qalıblar.

Bakı. Rusiya idmançıları - Bakıda akrobatik gimnastikası üzrə Dünya Kubokunun iştirakçıları olan Kirill Startsev və Viktoriya Aksenova Milli Gimnastika Arenasında keçirilən podium məşqindən məmnun qalıblar. Viktoriya Trend-ə açıqlamasında deyib ki, təlim yaxşı keçib, lakin yorğunluq təsir edib, ona görə bəzi səhvlər olub. K.Startsev isə deyib: "Prinsipcə, onlar təlimdə pis deyildilər, səhvləri düzəldirdilər. Daha çox çalışacağıq ki, Kubokda nəticə olsun". Gimnastlar Bakıda Milli Gimnastika Arenasını bəyəndiklərini və burada yaradılan şəraitdən razılıqlarını bildirdilər: K.Startsev deyib: "Bakıda Milli Gimnastika Arenasında ilk dəfə çıxış edirik, emosiyalar hədsizdir".