Azərbaycanda büdcə təşkilatlarının kommunal xidmətlərə görə


Digərləri 16 Noy 2018 20:28:00 256 0

Azərbaycanda büdcə təşkilatlarının kommunal xidmətlərə görə

2018-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 3,2 faiz artaraq 198,1 milyon manat təşkil edib.

Son.az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehlakın ümumi dəyərinin 72,8 faizini elektrik enerjisi, 10,1 faizini təbii qaz, 8,5 faizini su, 5,6 faizini rabitə xidmətləri, 3,0 faizini isə istilik enerjisi təşkil edib.

2018-ci ilin yanvar-sentyabr aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 98,0 faizini ödəyib və 3,9 milyon manat kreditor borc yaranıb.