Bu əsər 90 milyon dollara satıldı


Digərləri 16 Noy 2018 20:08:00 257 0

Bu əsər 90 milyon dollara satıldı

İngilis rəssam Devid Hokninin "Sənətçinin portreti" ("Hovuzda iki fiqur") əsəri ABŞ-da keçirilən hərracda rekord qiymətə - 90,3 milyon dollara satılıb.

Son.az qafqazinfo-ya isitnadən xəbər verir ki, portret üçün ödənilən bu pul yaşayan rəssama verilən ən böyük məbləğ olub. 1972-ci ildə çəkilmiş əsər "avropalı və amerikalının baxış bucaqlarını eyni anda əks etdirən tablo" olması ilə fərqlənir.