İlk miqrant karvanı ABŞ sərhədinə çatdı


Dünya 16 Noy 2018 19:52:00 243 0

İlk miqrant karvanı ABŞ sərhədinə çatdı

Salvador, Qvatemala və Hondurasdakı zorakılıq və yoxsulluqdan qurtulmağa çalışaraq ABŞ-da sığınacaq tapmaq üçün yola çıxan 2 karvandan ibarət 7 min miqrantın 2 min nəfərlik ilk qrupu Meksikanın Amerika ilə sərhəddindəki Tixuana şəhərinə çatıb.

Son.az azvision.az-a istinadən xəbər verir ki, Tixuananın yerli məmurları şəhərin yalnız 700 miqrantı saxlamaq iqtidarında olduğunu bildiriblər. Bu səbəbdən də, miqrantlar hələlik onlar üçün ayrılan idman salonu və stadionda yerləşdirilib.

ABŞ-ın sərhəd-gömrük işçiləri gün ərzində ən çox 100 miqrantın müraciətinə baxdığından, Latın Amerikasından gələn miqrantların Tixuanada aylarla qalıb gözləməli olacaqları ehtimal edilir.