“Qorxuları yoxdur, 100nən gedirlər” Bu yollar piyadaları


Digərləri 16 Noy 2018 19:28:00 251 0

“Qorxuları yoxdur, 100nən gedirlər”  Bu yollar piyadaları

Dəfələrlə ağır yol nəqliyyat hadisəsi baş verən Şamaxı Göylər paradçöl magistral yolu təhlükəli yollardan hesab edilir. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, sakinlərin iddialarına görə, yol nişanlarının olmasına baxmayaraq sürücülər avtomobilləri yüksək sürətlə idarə edirlər. 

Toğrul Salahov - sakin: "Mal-qaranı açanda sakinlər qorxa-qorxa açır. Maşınlar çox sürətli gedir. Kəndin girəcəyində yol hərəkəti nişanları qoyulub. Amma ona məhəl qoyan yoxdur".

54 km uzunluğunda olan və 18 yaşayış məntəqəsini birləşdirən Şamaxı, Göylər padarçöl avtomobil yolu Şamaxı-Yevlax magistralı ilə Bakı-Qazax yolunu birləşdirən əsas yollardan biridir. Magistral yol Şamaxının ən böyük kəndi olan Göylər kəndinin mərkəzindən keçir. Ərazidə iki piyada keçidi, ona yaxın yol hərəkəti qaydalarını izah edən lövhələrin quraşdırılmasına baxmayaraq əksər sürücülər avtomobillərini yüksək sürətlə idarə edir.

Rəhim Ziyəddin - sakin: "Kəndin o başında da, bu başında da əhali olan yerdə yol nişanı qoyulub, lakin buna məhəl qoymurlar. Burada radar və ya kamera qoyulsun".

Əsəd Musayev - sakin: "Bura Şamaxı-Bakı trasından geri qalmır. Hər gün bir hadisə baş verir. Keçən il bir kişinin 20 yaşında oğlunu maşın vurub öldürdü. Qorxuları yoxdur, 100-lə gedir maşınlar".

12 mindən çox əhalisi olan Göylər kəndində iki məktəb, bir uşaq bağçası fəaliyyət göstərir. Hər gün onlarla uşaq bu yoldan istifadə edir. Bu da təhlükənin miqyasının nə qədər  böyük olduğunu göstərir.


Xəbərə aid fotolar