ABŞ səfirliyinin əməkdaşı "UNEC Business Conversation Club" layihəsinin qonağı olub (FOTO)


Digərləri 16 Noy 2018 18:59:00 229 0

ABŞ səfirliyinin əməkdaşı "UNEC Business Conversation Club" layihəsinin qonağı olub (FOTO)

AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə reallaşdırdığı "UNEC Business Conversation Club" layihəsinin növbəti sessiyası bankın Təlim mərkəzində keçirilib.

Bakı. AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə reallaşdırdığı "UNEC Business Conversation Club" layihəsinin növbəti sessiyası bankın Təlim mərkəzində keçirilib. Bankdan Trend-ə verilən məlumata görə, ingilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan layihənin budəfəki qonağı ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimai əlaqələr bölməsinin rəhbəri Mişel Petersen (Michele Petersen) olub. Qonaq tələbələr qarşısında təqdimatla çıxış edib. O, gənclər, xüsusilə də tələbələr üçün nəzərdə tutulmuş və səfirliyin təşkil etdiyi təhsil və təcrübə proqramlarından danışıb. İnteraktiv şəkildə keçən təqdimat tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Diplomat tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.