Vüsal Hüseynov “Facebook”da əcnəbilərin ev problemindən yazdı


Digərləri 16 Noy 2018 18:48:00 249 0

Vüsal Hüseynov “Facebook”da əcnəbilərin ev problemindən yazdı

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov əcnəbilərə kirayə ev verilməsi və ya yaşama icazələrinin alınması ilə bağlı bir neçə məsələyə toxunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşan V. Hüseynov əsas üç məqamı vurğulayıb:

"Əcnəbilərə yaşayış sahəsi verən şəxslər bəzən onların müvəqqəti qeydiyyata alınmasına razılıq verməyə tərəddüd edirlər. Nəzərə alınmalıdır ki, əcnəbilər həmin yaşayış sahəsinə müvafiq yaşama icazəsinin etibarlılıq müddətində qeydiyyata alınır, yaşama icazəsinin etibarlılıq müddəti bitdiyi andan və ya yaşayış sahəsi verən şəxsin müraciət əsasında onların qeydiyyatı da bitmiş olur. Yəni, əcnəbilərin həmin yaşayış sahələrinə həmişəlik qeydiyyatından söhbət getmir və belə qeydiyyat həmin yaşayış sahəsi üzərində heç bir xüsusi imtiyaz yaratmır.