Nəcməddin Sadıkov: İlk dəfə qoşunların idarə olunmasında avtomatlaşdırılmış sistemlər tam həcmdə tətbiq olunub (FOTO)


Digərləri 16 Noy 2018 18:35:00 259 0

Nəcməddin Sadıkov: İlk dəfə qoşunların idarə olunmasında avtomatlaşdırılmış sistemlər tam həcmdə tətbiq olunub (FOTO)

Baş Qərargah rəisi KQHO yekunlarına dair müşavirə keçirib.

Bakı. Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunlarının (KQHO) yekunlarına dair müşavirə keçirib. Trend Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Baş Qərargah rəisi nəticələri təhlil edərək bildirib ki, müxtəlif qoşun əməliyyatlarında qərargahların, idarəetmə məntəqələrinin qarşılıqlı fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsi uğurla yerinə yetirilib.