“Palmali” Rusiyada rəsmən müflis elan edildi


Dünya 16 Noy 2018 18:12:00 268 0

“Palmali” Rusiyada rəsmən müflis elan edildi

Rusiyanın Rostov əyalətinin Arbitraj məhkəməsi "Palmali" şirkətini müflis elan edib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət altı ay davam edəcək iflas proseduruna başlayıb. 

Qeyd edək ki, "Palmali" əsas kreditoru olan "Sberbank"a 13 milyard rubl (təxminən 335 milyon manat) borcludur. 

Bundan başqa, digər kreditorlar arasında Mübariz Mənsimova məxsus Maltada qeydiyyatdan keçən "Palmali Holding", Vest-İndiyadakı "Palmali Şipping", Türkiyədəki "Palmali Gemicilik ve Acentelik" də var. Həmin şirkətlərin iddiaları 6 milyard rublu keçir.