Dünyanın ən bahalı küçələri


Dünya 16 Noy 2018 18:16:00 270 0

Dünyanın ən bahalı küçələri

Honq Konqun Kozuey Bey küçəsi 2018-ci ildə dünyanın ən bahalı küçəsi hesab olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Dünyanın əsas küçələri" (Main Streets Across The World) reytinqində deyilir.

Qeyd olunur ki, bu küçədə ticarət obyektlərinin illik icarəsi orta hesabla bir kvadrat metr üçün 2,7 min dollar təşkil edir.

Bu küçə son beş il ərzində reytinqə liderlik etmiş Nyu Yorkun Beşinci prospektini ikinci pilləyə salıb. Beşinci prospektdə icarə qiyməti 2,25 min dollara bərabər olub.