Tereza Mey vəzifədən kənarlaşdırıla bilər


Dünya 16 Noy 2018 18:04:00 228 0

Tereza Mey vəzifədən kənarlaşdırıla bilər

Böyük Britaniya Baş naziri Tereza Meyin vəzifədən kənarlaşdırılması üçün rəhbəri olduğu Mühafizəkarlar Partiyasında addımlar atılmasına hazırlıq işləri görülür.

Son.az report-a istinadən xəbər verir ki, yaxın günlərdə baş nazirə etimadsızlıq məsələsinə dair səsvermə keçirmək nəzərdə tutulur.

Daha əvvəl hökumətdəki 18 rəsmi şəxsin Tereza Meyin "Brexit" məsələsindəki siyasətinə etiraz olaraq istefa verdiyi bildirilmişdi.

Böyük Britaniyanın Baş naziri Tereza Meyə etimadsızlıq məsələsinə dair səsvermə gələn həftə keçiriləcək.