Azərbaycanlı müğənnini dostu qətlə yetirdi: qaçanda özü də öldü


Digərləri 16 Noy 2018 17:30:00 228 0

Azərbaycanlı müğənnini dostu qətlə yetirdi: qaçanda özü də öldü

Bərdədə dostu və həmkarı olan xanəndə yoldaşı tərəfindən qətlə yetirilən Miryusif Mirizadənin cinayət hadisəsinin yeni təfərrüatı ortaya çıxıb. 

Son.az xəbər verir ki, bu barədə əməkdar artist Səbuhi İbayev qonağı olduğu "5/5" proqramında məlumat verib.

Əməkdar artist qətlə yetirilən Miryusif Mirizadənin qətli ilə bağlı bunları deyib:

"Hələ ki, istintaq gedir. Qətlə yetirən evdən pul oğurlayıb, gəlib maşın alıb. Günahı Miryusifdə görüblər. Nə edibsə, qardaşı ilə ediblər. Rayondakı qardaşı qəbul etməyib bu qardaşının (Novruz Hüseynov) maşın almağını. İki qardaş əlbir olub öldürüblər. Miryusifə nəsə deyiblər, orada aralarında nə söhbət olubsa, ikisi öldürüblər onu. 30 yaşı 3 gün qabaq tamam olmuşdu.