"İƏT Modeli" 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi FOTO


Digərləri 16 Noy 2018 17:20:00 301 0

"İƏT Modeli"  2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi  FOTO

Artıq 8 ildir ki, Azərbaycanda uğurla həyata keçirilən "İslam Əməkdaşlıq Təşkilatı Modeli (İƏT) - Beynəlxalq Münasibətlər Akademiyası" beynəlxalq təhsil layihəsinə növbəti dəfə start verilib. İƏT Gənclər Forumu tərəfindən 40-a yaxın ölkədə eyni zamanda təşkil edilən layihə, Azərbaycanda İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, İƏT Gənclər Forumunun əsas məqsədlərindən biri bu proqramı həyata keçirməklə, İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatlat rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

Proqramda 15-dən artıq ali məktəbi təmsil edən 300 tələbə arasından seçilmiş 100-dən artıq gənc iştirak edir. İki ay ərzində tələbələr İƏT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyalar, eləcə də İslam dini, onun sosial həyatda rolu, sivilizasiyalararası dialoq mövzuları ilə tanış olublar.

Bu il keçirilən proqram çərçivəsində artıq mühazirə və təlimlər mərhələsi başa çatıb, təlimlərdə məruzəçi qismində İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzin direktoru Elçin Əsgərov, Azərbaycan Prezidenti yanında Strateji araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, Təhsil Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Nicat Məmmədli, İslam bankçılığı üzrə beynəlxalq dərəcəli ekspert Anar Yusifzadə, Fələstin dövlətinin səfiri Nasir Əbdül Kərim, Mərakeş Krallığının səfiri Mohamed Adil Embarx, İran İslam Respublikasının səfiri Cavad Cahangirzadə, Pakistan İslam Respublikasının səfiri Said Xan Mohmand və sonda Tacikistan Respublikasının səfiri Rüstəm Soli çıxış ediblər.


Xəbərə aid fotolar