Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfransda iştirak edib


Digərləri 16 Noy 2018 16:34:46 186 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfransda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfransda iştirak edib.

Bakı. “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda növbəti beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycanın və Gürcüstanın ekologiya və ətraf mühit nazirləri, Dünya Vəhşi Təbiət Fondunun (WWF), eləcə də Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Niderland, Belarus, İranın rəsmi nümayəndələri və beynəlxalq mütəxəssislər iştirak ediblər. Konfransın keçirilməsində məqsəd bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetlərin müəyyənləşdirilməsi, regionda icra olunan oxşar layihələrin təcrübəsinin öyrənilməsi, məlumat mübadiləsinin aparılması və regional əməkdaşlığın genişləndirilməsi olub. Konfransda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, ətraf mühit problemləri sərhəd tanımır. İnsan məskunlaşmaları nəticəsində 40 faiz vəhşi mühit məhv edilib. Ekosistemin deqradasiyası göz önündədir. Azərbaycanda həm qurudakı, həm də sudakı canlıların reabilitasiyası ilə bağlı mühüm işlərin görüldüyünü qeyd edən Leyla Əliyeva Qafqaz bəbiri, ceyran və nərə balığının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, məqsəd bütün təşəbbüsləri dəstəkləmək, təcrübələri bölüşməkdir. Azərbaycanda ceyranların sayı 600-dən 6000-ə qədər artırılıb və bu proses hazırda davam edir. BMT-nin Dayanıqlı İnkişaf Məsələlərinə də toxunan Leyla Əliyeva xeyli sayda insanın təbiətin mühafizəsi ilə bağlı çağırışlara qoşulduğunu deyib.