"Gün gələcək SSRİ dağılacaq, İngilis dilini mükəmməl öyrənməlisən ki..." Nehrəmli Əskərin ABŞ ordusunun polkovniki olan oğluna MƏSLƏHƏTİ FOTO


Digərləri 16 Noy 2018 15:53:00 339 0

"Gün gələcək SSRİ dağılacaq, İngilis dilini mükəmməl öyrənməlisən ki..."  Nehrəmli Əskərin ABŞ ordusunun polkovniki olan oğluna MƏSLƏHƏTİ  FOTO

Amerika hərbisinin polkovnikinə atası nehrəmli Əskər həkim (Əskər Əmirəl) nə demişdir?

Elə insanlar var ki, onlar dünyasını dəyişsələr də, özlərindən sonra qoyduqları yaxşı əməl, insanlıq onları unutmağa, yaddaşlardan silinməyə qoymur. Adları daima hörmət və izzətlə çəkilir. Belə insanlardan biri də, nehrəmli Əskər həkimdir.

Ola bilər ki, onu çox adam tanımır. Ancaq xatırlayanlar haqqında xoş sözlər, işinə prinsipial yanaşan savadlı həkim olduğunu bildirirlər. Əskər Əmirəl kimdir?

Əskər Əmirəl (Əskər Əmirəliyev) 1947-ci ildə Nehrəm kəndində anadan olub. Nehrəmin tanınmış ziyalılarından sayılan Əskər həkim kənddə insanlığı və dürüstlüyü ilə seçilmiş təsərrüfatçı Həsənqulu kişinin ailəsində böyüyüb. 50-ci və 60-cı illərin çətinliklərinə baxmayaraq, gündüzlər təsərrüfat işlərində ailəsinə köməklik edib, gecələr isə kitablar oxuyaraq ailəsində ilk ali təhsil alan şəxs olub.

Bakıda Tibb Universitetini bitirdikdən sonra Naxçıvan şəhərində epidemioloq kimi fəaliyyətə başlayıb. Sonralar Naxçıvan şəhəri Epidemiologiya Mərkəzinin direktoru, və Naxçıvan Muxtar Respublikasının Epidemiologiya naziri (Muxtar Respublika Epidemiologiya Mərkəzlərinin Direktoru) vəzifələrində çalışıb. Daha sonra Bakıda epidemioloq kimi fəaliyyətini davam etdirən Əskər həkim 2011-ci ilin fevral ayında dünyasını dəyişib.


Xəbərə aid fotolar