Eldar Əzizov Bakının çətin problemlərini həll etməlidir


Digərləri 16 Noy 2018 15:13:00 238 0

Eldar Əzizov Bakının çətin problemlərini həll etməlidir

Prezident İlham Əliyev dünən Eldar Əzizovla bağlı sərəncam verib.

Sərəncama görə, Eldar Əziz oğlu Əzizov Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, E.Əzizov bu il iyulun 16-dan Bakı Şəhəri İcra Hakimiyyəti başçısının müavini kimi mer səlahiyyətlərini icra edirdi. Xatırladaq ki, 2001-ci ildən Bakının icra başçısı vəzifəsini tutan Hacıbala Abutalıbov 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərindən sonra Baş nazirin müavini vəzifəsinə aparılmışdı.

Son.az xəbər verir ki, Milli Məclisin deputatları modern.az-a Bakının yeni meri Eldar Əzizovdan gözləntiləri barədə danışıblar.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev təyinatı alqışladığını dilə gətirib:

"Eldar Əzizovun Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunmasını alqışlayıram. Çünki Eldar Əzizov əsl icra başçısıdır. O, əvvəllər də bu sahədə çalışıb. Hərtərəfli olaraq ömrü boyu müxtəlif icra strukturlarında işləyib. Eldar müəllim icra başçısı kimi çalışdığı dönəmlərdə haqqında hər zaman müsbət fikirlər səsləndirilib. Ona Bakının həvalə olunması böyük dəyərdir. Eldar Əzizov bu sahə üzrə mütəxəssisdir və cənab Prezidentin təyin etdiyi ən yaxşı kadrlardan biridir. Ona uğurlar arzulayıram. Bildiyiniz kimi, Bakinin problemləri də çoxdur. Ümid edirəm ki, bu problemlər həllini tapacaq. Bilirəm ki, o, mətbuata və adi vətəndaşlara da açıq insandır. Keçmiş rəhbərliyin isə arxasınca danışmaq istəmirəm".