Xızıda 29 baş iribuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb


Digərləri 16 Noy 2018 15:09:01 196 0

Xızıda 29 baş iribuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb

Xızıda 29 baş iribuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb.

Bakı. Xızıda 29 baş iribuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağdərə kəndi yaxınlığında yerləşən fermaların birindən 29 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə 30.000 manata qədər maddi ziyan vuran iki şəxs saxlanılıb. Araşdırmalarla onların Abşeron rayonu Ceyranbatan qəsəbə sakinləri Xətai Ələkbərli və Vicay Təhməzov olduqları müəyyən edilib.