Bakıda və İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb (FOTO)


Digərləri 16 Noy 2018 14:45:00 291 0

Bakıda və İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb (FOTO)

Bakıda və İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb

Bakı. Samir Əli - Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 14-də paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində dəniz sahilində yerləşən vətəgədə keçirilmiş reydlər nəticəsində 1 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Hövsan qəsəbəsinin sakini olan Emil Abdulrəhimovdan bu zaman hisə verilmiş 28 ədəd kütüm, 2 ədəd adi siynək və qaxac edilmiş 5 kütüm balığı maddi sübut kimi götürülüb. Araşdırma zamanı bu şəxsin Qida Təhlükəsizliyi Agentliyinin müvafiq icazəsiz (lisenziyasız), kustar üsulla, antisanitariya şəraitində hisə verilmiş balıq hazırladığı, özünün isə sərxoş vəziyyətdə olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan şəxslə aparılan profilaktiki söhbətlər zamanı onun belə özfəaliyyətinin nəinki qeyri-qanuni olduğu, həmçinin aşkar antisanitar vəziyyətdə, heç bir müvafiq norma və standartlara əməl edilmədən hazırlanmış hisə verilmiş balıq və balıq məmulatlarının insan insan orqanizmi üçün çox zərərli, sağlamlığı üçün təhlükəli olduğu, bu cür qanunsuz fəaliyyətin hüquqi məsuliyyət doğurduğu nəzərinə çatdırılıb.