Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir (FOTO)


Digərləri 16 Noy 2018 14:09:00 250 0

Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir (FOTO)

Bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə ölkənin aparıcı media qurumlarının rəhbərlərinin Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşü keçirilib.

Bakı. Samir Əli - Bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə ölkənin aparıcı media qurumlarının rəhbərlərinin Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşü keçirilib. Trend-in məlumatına görə, görüşdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə-media münasibətlərinə toxunub. O, bildirib ki, məhkəmələr media qurumları ilə əməkdaşlıqda maraqlı olmalıdır: "Məhkəmə cəmiyyət üzvlərinin tarazlaşdırılmasına xidmət edir. Məhkəmə dövlət maraqlarını müdafiə edən icra hakimiyyətindən fərqlənir. Azad mətbuat demokratik cəmiyyətin inkişafında mühüm rol oynayır. Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir. Məhkəmə qəbul etdiyi qərarların ictimaiyyətə çatdırılmasında maraqlıdır və bu prosesin reallaşması üçün media ilə əməkdaşlıq zəruridir. Məhkəmə orqanları daim KİV-lə əməkdaşlıqda maraqlıdır". R.Rzayev qeyd edib ki, bu prosesdə bəzi mətbu orqanları da məhkəmələrin fəaliyyətinə mane olur: "Bu gün bu prosesdə yaranan problemlərdən biri də qeyri-peşəkar jurnalistlərin məhkəmə fəaliyyətinə mane olmasıdır. Bu gün məhkəmələrin qeyri-peşəkar jurnalistlərdən qorunmağa ehtiyacı var. Bəzi mətbu orqanları məhkəmə fəaliyyətinə, hakimlərin nüfuzuna xələl gətirən əsassız yazılar dərc edir. Jurnalist məhkəmənin obyektivliyini və müstəqilliyini nəzərə almalı, onun fəaliyyətinə hörmətlə yanaşmalıdır. Məhkəmə orqanları jurnalistlərə bu sahədə yardım etməlidirlər. Bu qarşılıqlı əməkdaşlıq sahəsində baş verməlidir. Ali Məhkəmə mətbuatla əməkdaşlıq edilir və bunun üçün mətbuat katibi var. Məhkəmənin plenum iclasları, qərarlar barədə məhkəmənin saytında məlumatlar verilir". Ali Məhkəmənin sədri bildirib ki, media qurumları hakimlərin mətbuata qapalı olmasından gileylənir: "Media qurumları məhkəmə hakimləri ilə münasibət qura bilmir, onlardan açıqlama almaqda çətinlik çəkirlər. Mən bu fikirlərlə razıyam. Amma bu məsələ hakimin səlahiyyətində deyil. Hakimlərin mətbuata açıqlama verməsi qadağandır. Bu qadağanı hakim qoymayıb". Görüşdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə bildirib ki, Ali Məhkəmə daim kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edib, məhkəmə-media münasibətlərində ortaya çıxan problemlərin həlli ilə bağlı müzakirələr aparılıb: