Yalçın Rzazadənin yaradıcılığının 50 illiyinə həsr olunmuş konsertdən FOTO


Kriminal 16 Noy 2018 13:42:00 271 0

Yalçın Rzazadənin yaradıcılığının 50 illiyinə həsr olunmuş konsertdən  FOTO

Xalq artisti Yalçın Rzazadənin yaradıcılığının 50 illiyinə həsr olunmuş gecə keçirilib

Noyabrın 15-də Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Rzazadənin yaradıcılığının 50 illiyinə həsr olunmuş gecə keçirilib.

Son.az xəbər verir ki, Xalq artisti Heydər Əliyev Sarayının səhnəsində 50 illik səhnə fəaliyyəti dövründə ifa etdiyi ən sevilən mahnılarını səsləndirib. Konsert proqramında, həmçinin Respublikanın Xalq artistləri Mübariz Tağıyev, Samir Cəfərov, Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar İncəsənət Xadimi Cavan Zeynallı, Əməkdar artistlər Nüşabə Ələsgərli, Rəşad İlyasov, Ədalət Şükürov tanınmış müğənnilər Nadir Qafarzadə, İlqar Xəyal, İntiqam Kərimov, Elçin Şirin, Cavid Hüseynov, Vüsalə Əsgərova və tələbələri Aytac Şahmarqızı Nigar Şakirqızı, Can Akar iştirak ediblər və Yalçın Rzazadəyə öz musiqili təbriklərini çatdırıblar. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik orkestri və Gülarə Əliyeva adına "Dan Ulduzu" instrumental ansamblı müşaiyət edib.

Konsertdə Yalçın Rzazadənin musiqisevərlər arasında sevilən və tanınan "Bakı sabahın xeyir", "Azərbaycan", "Anam qocalır", "Bu gecə", "Durnalar", "Gün keçdi", "Həsrətindəyəm", "Səni axtarıram" və digər mahnıları səsləndirilib.


Xəbərə aid fotolar