Komitə sədri: ""Gənclər siyasəti haqqında" qanuna dəyişiklik ediləcək"


Digərləri 16 Noy 2018 13:14:11 303 0

Komitə sədri: ""Gənclər siyasəti haqqında" qanuna dəyişiklik ediləcək"

2002-ci ildə qəbul edilən "Gənclər siyasəti haqqında" qanun yeni dövrə uyğun olaraq dəyişdirilir və biz bu sənədi yenidən qəbul etmək istəyirik.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycan Gənclərinin VIII Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, gənclər siyasəti ilə bağlı olan Gənclər və İdman Nazirliyi, Prezident Administrasiyasının müvafiq şöbəsi, Gənclər Fondu və gənclər təşkilatlarının tövsiyələri, rəyləri alınaraq "Gənclər siyasəti haqqında" qanuna bu yaxınlarda dəyişiklik ediləcək.